AZ EN RU

EANA-nın Baş katibi: Şuşa Forumu medianın inkişafı üçün önəmli bir açardır

Burada yerli və xarici media orqanları öz fikirlərini və məlumatlarını bölüşürlər və müzakirələr aparırlar. Bu, bir ölkənin mediasının inkişafı üçün çox əhəmiyyətlidir və düşünürəm ki, Azərbaycan üçün önəmli bir addımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş katibi Aleksandr Giboi deyib.

Şuşaya ikinci dəfə səfər etdiyini diqqətə çatdıran Baş katib budəfəki Qlobal Forumun Azərbaycandakı media üçün çox önəmli olduğunu vurğulayıb.

“Medianın inkişafı bilavasitə cəmiyyətin tərəqqisinə təkan verir. Ona görə də hesab edirəm ki, Şuşa Forumu medianın inkişafı üçün önəmli bir açardır”, - deyə Aleksandr Giboi əlavə edib.

Nəşr edilib : 21.07.2023 21:53