AZ EN RU

Duzdağ Fizioterapiya Mərkəzinin beynəlxalq EUROHEALTH SPA serifikatı ilə təmin olunması üçün yoxlamalar aparılır

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinin  beynəlxalq EUROHEALTH SPA serifikatı ilə təmin olunması üçün Eurogar Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinə müraciəti əsasında institutun eksperti Emrah Kızqın  bu gün Duzdağ Fizioterapiya Xəstəxanasında yoxlamalara (araşdırmalara) başlayıb. Yoxlamaların sonunda mərkəz beynəlxalq sertifikatla təmin olunacaq.

Qeyd edək ki, EUROGAP Beynəlxalq Sertifikatlaşdırma İnstitutu LİMİTED ŞİRKƏTİ Beynəlxalq Standartlar çərçivəsində mal, iş və xidmətlərin sertifikatlaşdırması istiqamətində fəaliyyət göstərir. İnstitut müraciət edilən mal və xidmətin beynəlxalq standartlara uyğunluğu istiqamətində yoxlamalar planlayır. Peşəkar ekspertlər tərəfindən müştərinin xidmət və ya məhsulunun aidiyyatlara uyğunluğu yoxlanılır. Yoxlamalar nəticəsində çatışmazlıqlar aşkarlanır və uyğunsuzluqların aradan qaldırılması nəticəsində xidmət və ya məhsul sertifikatlaşdırılır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.08.2023 12:34