AZ EN RU

“Duzdağ” Aquaparkı yay mövsümünə start verdi

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Duzdağ” Aquaparkında aparılan yenidənqurma işləri ilə tanış olub. Ümumi məlumat verilərək bildirilib ki, aquaparkın ərazisində asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub, boyama işləri həyata keçirilib və işıq dirəklərindəki lampalar yeniləri ilə əvəzlənib. Qeyd olunub ki, aquaparkda hovuz və su attraksionları mövsüm üçün istifadəyə hazır vəziyyətə gətirilib. Hovuzların kənarlarına 100 ədəd yeni şezlonq, mindər və 50 ədəd masa alınıb.  Üzgüçülük bölümündə yerləşən kişi və qadın geyinmə otaqlarında da yenidən bərpa işləri aparılıb. Vurğulanıb ki, məkanda balacaların mənalı istirahəti üçün əyləncə qurğuları da yenilənib. Aquaparkda müxtəlif səpkili əyləncəli şou və proqramların keçirilməsi üçün nəzərdə tutulan səhnədə səs və işıq effektləri avadanlıqları quraşdırılıb. Qonaqların istirahətinin mənalı təşkili üçün ərazidə hər şey yüksək zövqlə tərtib olunub. Qeyd edək ki, “Duzdağ” Aquaparkı 13 iyun saat 11:00-dan etibarən mövsümə start verib.

Nəşr edilib : 13.06.2024 17:57