AZ EN RU

Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib

Dünyada koronavirusa yoluxanların təsdiqlənmiş sayı 394 milyonu, ölüm hallarının sayı isə 5,73 milyonu aşıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir.

ÜST-nin statistikasında yoluxanların və vəfat edənlərin sayı barədə yalnız dövlətlər tərəfindən təqdim edilən, rəsmən təsdiqlənmiş rəqəmlər nəzərə alınır. Yoluxanların sayının 250 milyonu keçməsi ötən il noyabrın 9-da qeydə alınıb. Bu il yanvarın 8-də həmin göstərici 300 milyonu, yanvarın 25-də 350 milyonu, fevralın 2-də 380 milyonu keçib.

Koronavirusa yoluxmaların təsdiqlənmiş sayı barədə ÜST-yə daxil olmuş ən böyük rəqəm ABŞ-da qeydə alınıb (75.725.243 fakt). Sonrakı yerləri Hindistan(42.272.014), Braziliya (26.473.273), Fransa (20.204.946) və Böyük Britaniya tutur (17.803.329). Ölüm hallarının da ən çoxu ABŞ-da qeydə alınıb (893.870). Sonrakı yerləri Braziliya (631.802), Hindistan (502.874), Rusiya (336.023) və Meksika (309.417) tutur.

Azərbaycanda bu günə qədər koronavirus infeksiyasına 703.334 nəfərin yoluxması, bu infeksiya səbəbindən 8.898 nəfərin vəfat etməsi qeydə alınıb.

Nəşr edilib : 08.02.2022 12:29