AZ EN RU

Dünyada koronavirusa yoluxanların sayı 380 milyonu keçib

Dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 380 milyonu, koronavirusla bağlı ölüm hallarının sayı isə 5,68 milyonu keçib.

Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, bu statistikaya yalnız yoluxanların və ölənlərin sayı barədə dövlətlər tərəfindən təqdim edilmiş rəsmi məlumatlar daxildir.

Yoluxanların sayı yanvarın 25-də 350 milyonu, yanvarın 8-də 350 milyonu, keçən il noyabrın 9-da isə 250 milyonu keçmişdi.

Təsdiqlənmiş yoluxma hallarının çoxu ABŞ-da qeydə alınıb (74.500.060 fakt). Sonrakı yerləri Hindistan 41.630.885), Braziliya (25.426.744), Fransa (19.010.518) və Böyük Britaniya tutur (17.428.349).

Ölüm hallarının da çoxu ABŞ-da qeydə alınıb (880.580 fakt). Sonrakı yerləri Braziliya (627.138), Hindistan (497.975), Rusiya (332.690) və Meksika tutur (306.091).

Azərbaycanda bu günə qədər koronavirus infeksiyasına yoluxanların təsdiqlənmiş sayı 670.313, koronavirus səbəbindən vəfat edənlərin təsdiqlənmiş sayı 8.779 nəfər olub.

Nəşr edilib : 03.02.2022 11:45