AZ EN RU

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə tədbir keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeli idarələrinin əməkdaşlarının və ekologiya könüllülərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan nazir müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev xalqımızın birlik və vətənə sədaqətinin rəmzi olan “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə kollektivi təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranması tarixindən və onun əhəmiyyətindən danışıb.

Tədbirin sonunda səmərəli əmək fəaliyyətinə görə fərqlənən əməkdaşlara və aktiv könüllülərə təşəkkürnamələr verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və

Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti

Nəşr edilib : 30.12.2023 11:53