AZ EN RU

Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu böyük zəfər təkcə bir seçkinin nəticəsi deyil. Bu, eyni zamanda ölkənizin demokratiyanın inkişafında mühüm uğurlarını və xalqınızın Sizə etimadını aşkar surətdə nümayiş etdirdi. Seçkilərin nəticəsi həm də Azərbaycan xalqının Sizin liderliyiniz ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün inamla irəlilədiyini göstərdi. Bu qələbə Azərbaycanın milli birliyini gücləndirməklə yanaşı, ölkənizin beynəlxalq aləmdəki rolunu daha da artıracaqdır.

Möhtərəm cənab Prezident, Siz hər zaman ölkənizin sabitliyi və inkişafı naminə çalışaraq öz qətiyyətinizlə fərqlənmisiniz. Seçkilərdəki mühüm qələbəniz münasibətilə Sizi Dünya Axıska Türkləri Birliyi və Azərbaycanda yaşayan yüz min axıska türkü adından ən səmimi hisslərimlə təbrik edir, prezidentliyinizin yeni dövründə Sizə böyük nailiyyətlər, Azərbaycana rifah dolu gələcək arzulayıram.

Hörmətlə,

Ziyəddin Kassanov

Dünya Axıska Türkləri Birliyinin baş direktoru

Nəşr edilib : 09.02.2024 11:23