AZ EN RU

Dünən 59 cinayətin üstünün açılması təmin olunub

İyulun 25-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin üstünün açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Nəşr edilib : 26.07.2024 10:38