AZ EN RU

DSX və Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumların digər rəhbər heyəti Bakıdakı "Ana harayı" abidəsini ziyarət ediblər.
Qurumların rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdiriblər.

Nəşr edilib : 26.02.2024 11:25