AZ EN RU

DSX-nin hərbi qulluqçusu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb

Martın 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının (DSX) hərbi qulluqçusu əsgər Nəsibli Elvin Bəxtiyar oğlu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb və hərbi prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.

Nəşr edilib : 09.03.2024 11:35