AZ EN RU

DSMF-nin büdcəsi Milli Məclisdə ikinci oxunuşda təsdiqlənib

“Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 000,0 manat, xərcləri isə 6 919 860 000,0 manat məbləğində təsdiq olunub.

Nəşr edilib : 21.11.2023 16:21