AZ EN RU

DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsi prosesi sabah başa çatır

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi sabah başa çatır.
 Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları Səsvermə gününə 45-25 gün qalanadək seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.
Seçicilərə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi isə səsvermə gününə 24-3 gün qalanadək təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 14-dən fevralın 4-dək olan dövrü əhatə edir.

Nəşr edilib : 11.01.2024 08:17