AZ EN RU

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Dövlətə xəyanətdə təqsirləndirilən Hacı Paşayevə hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İttihama görə, H.Paşayev xarici xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub.

H.Paşayev bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Nəşr edilib : 11.08.2023 16:41