AZ EN RU

Dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olması arzusu ilə

Evdar qadınam. Yaşım imkan verib ki, həm sovet dönəmində, həm də müstəqillik illərində keçirilən seçkilərdə iştirak edim. Deməyim odur ki, həm o dövrün, həm də yaşadığımız müstəqillik illərində keçirilmiş seçkilər arasında olan fərqi gözlərimlə görmüşəm. Heç müqayisə etməyə dəyməz. İnanın ki, hələ növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı xəbəri eşidəndə necə sevindim,  – deyə bilmirəm. Seçkilərə böyük sevinclə getdim. Niyə?
Bu seçkiyə ərazi bütövlüyümüz təmin olunmuş, düşmən əsarətində olan torpaqlarımız azad edilmiş bir ölkə kimi ilk dəfədir ki, getdik. Məncə,bu, ölkəsini, dövlətini, müstəqilliyini sevən hər bir vətəndaş üçün böyük qürurdur. Bu qüruru bizdə yaradan şəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirmiş qazilərimizə böyük ehtiram və məhəbbət hissi ilə dünənki seçkilərdə iştirak etdik. Ana kimi şəhidlərimizə nə qədər üzülsəm də bilirəm ki, indi onların ruhu şaddır. Ölkəmizin, dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olması arzusu ilə getdik. Bir Azərbaycan qadını kimi 44 günlük müharibə ilə torpaqlarımızı böyük qəhrəmanlıqla özümüzə qaytaran Ali Baş Komandan İlham Əliyevə səs verdim. Ona görə də xeyli qürurluyam.
Dövlətimiz var olsun, dövlətçiliyimiz, müstəqilliyimiz bundan sonra da yaşayacaq! Çünki ona inanırıq.

Nəşr edilib : 07.02.2024 21:01