AZ EN RU

Dövlətçiliyə və xalqa şərəfli xidmət yolu

İlham Heydər oğlu Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi ilə bağlı tədbirlər keçirilib

    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov Prezident cənab İlham Əliyevin 20 il ərzində Azərbaycanın inkişafına hesablanmış və həyata keçirilmiş uğurlu siyasətindən danışıb. Qeyd edilib ki, sosial-iqtisadi, ictimai-siyasi, mədəni inkişaf yolunda mühüm tarixi uğurlar əldə edilib. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya ölkələri sırasında öz sözünü deyən bir dövlətə çevrilib.
   Çıxışda ölkə başçısının həm diplomatik, həm də hərb meydanında apardığı mübarizənin nəticəsi olaraq müzəffər Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində düşmən üzərində qazanılan parlaq qələbənin tarixi əhəmiyyətindən danışılıb.
   Azərbaycan xalqı cənab İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
    Sonra Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova “Qalib xalqın Qalib Prezidenti”, nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Tamaraxanım Aşurlu “Gənclərin ən böyük himayəçisi – Prezident İlham Əliyev” mövzusunda çıxış ediblər.
    Sonda “İlham” sənədli filmi nümayiş etdirilib.

***

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində təşkil olunmmuş tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova bildirib ki, ölkə başçısı Ümummilli Lider Heydər Əliyev siyasətini daim ölkə ərazisində, bütün sahələrdə layiqincə davam etdirir.  Prezident cənab İlham Əliyevin dövründə bütün sahələr kimi, aqrar sahə də inkişaf edərək təkmilləşib, bu sahədə həyata keçirilən islahatlar ölkəmizdə müasir kənd təsərrüfatı sisteminin formalaşmasına zəmin yaradıb.

    “Orqanik Naxçıvan” publik hüquqi şəxsin direktor vəzifələrini icra edən Gülsel Səfərova çıxışında dövlət başçısının apardığı istiqamətlərdən biri olan aqrar sahəyə beynəlxalq standartların tətbiqi barədə məlumat verib.
    Tədbirdə çıxış edən Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Əyyub Abdullayev, “Ailə Təsərrüfatları” İctimai Birliyinin sədri Mübariz Şiraliyev və digərləri vurğulayıblar ki, əsas hədəf qloballaşan dövrə uyğun yeni texnologiyaların tətbiqi ilə mövcud problemləri həll edərək fermerlərin əməyini yüngülləşdirmək, elmi-texniki tərəqqiyə, innovasiyalı inkişafa nail olmaqdır.
    Tədbirin sonunda kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova dövlət başçımızın çoxşaxəli aqrar siyasətinin muxtar respublikada da uğurla həyata keçirilməsindən bəhs edib. Nazir müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrasına başlanıldığını, alttədbirlər planı hazırlanaraq ehtiyac duyulan bir çox məsələlərin həlli ilə yanaşı, aqrar sahənin inkişafında əsas rol oynayan əkinəyararlı torpaqların istifadəsiz qalmasının qarşısının alınması və mütərəqqi suvarma və əkin texnologiyalarından istifadə ilə bağlı təkliflərin hazırlandığını diqqətə çatdırıb.

***

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Ümummilli Lider Heydər Əliyev irsinin layiqli mirasçısı kimi keçdiyi yol çətin, eyni zamanda şərəfli bir yoldur. Cənab İlham Əliyevin mədəniyyət sahəsində apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir ki, 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Prezident cənab İlham Əliyev tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə edir.  Ölkə Prezidentinin sərəncamlarına əsasən respublikada 2019-cu il “Nəsimi ili”, 2021-ci il “Nizami Gəncəvi ili”, 2022-ci il “Şuşa ili” kimi tarixin səhifələrinə yazılmış, Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində keçirilmiş, Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Eyni zamanda mədəniyyət, incəsənət və bu sahədə işləyən sənət adamları qayğı ilə əhatə olunmuşdur. 

   Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə, Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyevin çıxışlarında Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi yolunda atdığı addımlardan danışılıb. Diqqətə çatdırılıb ki, dövlət başçımızın həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib, Ali Baş Komandanın qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müzəffər Ordusu 30 illik işğala son qoyub.
    Sonda “İlham” sənədli filminin nümayişi olub.

***

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında keçirilən tədbirdə Ombudsman Günay Rzayeva çıxış edərək bildirib ki, Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib. Demokratik, hüquqi dövlət quruculuğu prosesi hazırda Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

    Qeyd olunub ki, ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq demokratik cəmiyyətlərə xas hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Hüquq sisteminin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir. 
    Sonra Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova “Hüquq və azadlıqların təminatçısı – 20 il” mövzusunda çıxış edərək bildirib ki, dövlət başçımızın rəhbərliyi altında hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi, ölkəmizdə konstitusion qaydaların möhkəmləndirilməsi və hüquq siyasətinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
    Sonda mövzu ətrafında müzakirələr aparılıb.

***

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbiri giriş sözü ilə açan Komitə sədri Ramilə Seyidova bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi son 20 ildə yeni prinsip və nümunələrlə zənginləşərək, ölkəmizi daha da irəli aparıb və qalib ölkə kimi tarixə düşüb. 20 il ərzində sosial sahədə mühüm işlər görülüb, müvafiq sahədə qanunvericilik bazası təkmilləşdirilib, ölkəmiz beynəlxalq konvensiyaları ratifikasiya edib, bir çox Dövlət proqramları qəbul edilib. 

    Qeyd olunub ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın və gender siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  muxtar respublikamızda da uğurla davam etdirilir.
    Naxçıvan qadınları muxtar respublikanın sosial-iqtisadi, mədəni, ictimai həyatında fəal iştirak edirlər. Onlar dövlət quruculuğu, hüquq-mühafizə, elm, səhiyyə, təhsil, mədəniyyət, idman, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər. Bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, muxtar respublika əhalisinin 50,1 faizi, işləyən təbəqənin 33 faizi qadınların payına düşür. Təhsil sahəsində işləyənlərin 71 faizini, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 82,05 faizini, istirahət, əyləncə-incəsənət sahəsində işləyənlərin isə 62,8 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda işləyənlərin 22,82 faizi qadınlardır. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24,44 faizini qadınlar təşkil edir. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 25605-i, yaxud 44,14 faizi qadındır. Muxtar respublikanın idarə və təşkilatlarında onlarla qadın rəhbər vəzifələrdə işləyir. 
    Bildirilib ki, ölkə Prezidenti muxtar respublika qadınlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirir. Belə ki, son 20 ildə 200-dən artıq qadın Azərbaycan Respublikasının fəxri adları, həmçinin orden, medal və nişanları ilə təltif olunmuşlar. 
    Daha sonra mövzu ətrafında Komitənin sədr müavini Aytən Məmmədova, aparat rəhbəri Eltun Həziyev, şöbə müdiri Könül Babayevanın çıxışları dinlənilib.

***

    Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Şıxəliyev bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, uzaqgörən dövlət xadimi Heydər Əliyev irsinin layiqli davamçısı, sözü və əməli bütöv siyasətçi və diplomat kimi dünya ictimaiyyətinin hörmət və rəğbətini qazanmış böyük tarixi şəxsiyyət, Qalib ölkənin Qalib Lideri İlham Əliyev iyirmi ildir ki, respublikamıza uğurla rəhbərlik edir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Xalqımızın yeni əsrdə yeni lideri olan cənab İlham Əliyev bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş müdrik, qətiyyətli və mahir siyasətçi kimi xalqının böyük rəğbətini qazanmışdır.  
    Qeyd olundu ki, cənab İlham Əliyevhəm də Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə adını qızıl hərflərlə yazıb. 44 günlük Vətən müharibəsində düşməni təslim olub kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Azərbaycan torpaqlarının suverenliyini tam təmin edən böyük sərkərdə tariximizin şanlı səhifələrini yazmaqda davam etdi. Bu gün üçrəngli şanlı bayrağımız Xankəndidə, Qarabağda, bütün Azərbaycanda dalğalanır. 
    Çıxışlar zamanı bildirilib ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Heydər Əliyev irsinin layiqli davamçısı, xalqın Prezidenti cənab İlham Əliyev ilə ölkəmizi daha böyük uğurlar gözləyir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.10.2023 20:50