AZ EN RU

Dövlət Yol Polisi hərəkət iştirakçılarını yollarda diqqətli və təmkinli olmağa çağırıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırır.

DİN-in mətbuat xidmətindən bildirilib ki, baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcədə yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir.

Qeyd edilib ki, zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olmayıb.

Nəşr edilib : 07.12.2023 09:33