AZ EN RU

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reydlər keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərin müxtəlif nöqtələrində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə nizamlanmayan piyada keçidlərində hərəkət edən piyadalara  yol verməyən sürücülərə və piyada keçidlərindən istifadə etməyən piyadalara qarşı reydlər keçirilib.
Reyd zamanı Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülər arasında maarifləndirmə və təbliğat işləri aparılmaqla yanaşı, qayda pozuntularına yol verən sürücülərə qarşı inzibati tənbeh tədbirləri də görülüb. 
Naxçıvan DİN-in DYPİ-nin Təbliğat üzrə baş inspektoru, polis kapitanı Ayaz İsmayılov açıqlamasında qeyd edib ki, şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq muxtar respublikada profilaktiki-maarifləndirici tədbirlər həyata keçiriləcək.

Ceyhun Məmmədov

Nəşr edilib : 26.02.2023 00:34