AZ EN RU

Dövlət Vergi Xidmətinin rəsmi saytı yenilənib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (www.ntaxes.gov.az) rəsmi internet səhifəsi yenidən hazırlanıb.

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mühəndis-proqramçıları tərəfindən hazırlanan yeni sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.

Yeni səhifədə Asan imza sertifikatının onlayn əldə olunması, elektron xidmətlər portalı, bir pəncərə, onlayn müraciət və əlaqə bölmələri, o cümlədən Xidmətin müxtəlif fəaliyyət istiqamətləri barədə press-relizlər, operativ məlumatlar və digər faydalı məlumatlar yerləşdirilib.

Bunlarla yanaşı, Nazirliyin mühəndis-proqamçıları tərəfindən yeni internet saytının optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresi ilə təmin olunub.

                                                                                Naxçıvan Muxtar Respublikası

                                                                       Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.04.2024 15:30