AZ EN RU

Dövlət teleradiolarında işə qəbul üçün esse imtahanı olub

    Naxçıvan Muxtar Respublikasının dövlət teleradiolarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin esse imtahanı keçirilib. Müsabiqəyə çıxarılmış 7 vakant vəzifənin tutulması üçün 7 namizəd qeydiyyatdan keçib.
    İmtahan başlanmazdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Milli Qurtuluş Günü dövlətçilik tariximizdə” mövzusu təqdim edilib. Yazı işləri yoxlanılarkən namizədlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmək, abzaslarla fərqləndirmək, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətləri, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadəetmə meyarları nəzərə alınaraq yaradıcılıq qabiliyyətləri qiymətləndirilib.
    Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 7 namizədin hamısı imtahan verib, onlardan 2-si müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 02.06.2022 20:54