AZ EN RU

“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanunu

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci maddədə “236 310 000,0” rəqəmləri “235 510 000,0” rəqəmləri ilə əvəz edilsin;

2. 3.1.1-ci maddədə “230 010 000,0” rəqəmləri “229 210 000,0” rəqəmləri ilə əvəz edilsin;

3. 3.3-cü maddədə “5 800 000,0” rəqəmləri “6 600 000,0” rəqəmləri ilə əvəz edilsin.

Azər ZEYNALOV

    Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini

Naxçıvan şəhəri, 01  avqust 2023-cü il

Nəşr edilib : 01.08.2023 15:28