AZ EN RU

Dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları tutulublar

Fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Nəşr edilib : 10.02.2024 11:33