AZ EN RU

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəşr edilib : 16.05.2024 12:44