AZ EN RU

Dövlət satınalmalarında iştirak edən sahibkarların nəzərinə!

Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması prioritet əhəmiyyət kəsb edir.

Bu məqsədlə  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarlara verilən arayış elektronlaşdırılıb.

Dövlət satınalmalarında iştirak edən sahibkarlara qeyd olunan arayışın dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə verilməsi üçün inteqrasiyanı yekunlaşdırıb.

Sentyabrın 1-dən etibarən “etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək və real vaxt rejimində dərhal təqdim olunacaq.

Arayışın elektronlaşdırılması dövlət satınalmalarında iştirak edən sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, təqdim edilən arayışın Qanunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək.

Daha ətraflı məlumatı sahibkarlar “etender.gov.az” portalının təlimatlar bölməsindən əldə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyi

Nəşr edilib : 06.09.2023 15:25