AZ EN RU

Dövlət satınalmaları sahəsində təşkilatların və sahibkarların maarifləndirilməsi davam etdirilir

Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi seminar keçirib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Aqil Qəribov açaraq dövlət-özəl əməkdaşlığın bir nümunəsi kim belə görüşlərin əhəmiyyətini vurğulayıb, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumlarla əməkdaşlığın iqtisadiyyatının inkişafına töhfə verəcəyi qeyd edib.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin və rayon idarələrinin aidiyyəti əməkdaşları üçün təşkil olunan seminarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdir müavini Zəminə Əliyeva tədbir iştirakçılarını dövlət satınalma haqqında qanunun müddəaları ilə tanış edib. Bununla yanaşı, tədbir iştirakçıları ilə satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması məsələlərinə də toxunulub.

Slaydlar vasitəsilə müxtəlif mövzulardan bəhs olunan seminar daha sonra müzakirə şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.03.2023 15:47