AZ EN RU

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi mövzusunda Naxçıvan Biznes Mərkəzində görüş keçirilir-YENİLƏNƏCƏK

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi mövzusunda Naxçıvan Biznes Mərkəzində görüş keçirilir. 
Görüşdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, 
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov,     Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının  rəhbərləri iştirak edirlər.

Nəşr edilib : 01.03.2024 11:08