AZ EN RU

Dövlət qurumlarına aid veb-saytlar yenilənib

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada dövlət qurumlarına aid veb səhifələrinin dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin (nakhchivan-ih.gov.az) və Sədərək rayonunun (sederek-ih.gov.az) İcra hakimiyyətlərinin informasiya resursları yenilənərək AzStateNet şəbəkəsinə köçürülüb. 

İstifadəçi rahatlığını nəzərə alaraq veb-saytlar müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında müasir proqramlaşdırma üsullarından istifadə edilərək hazırlanıb. Həmçinin, internet resursları dizayn, quruluş və məzmun baxımından da istifadəçilər üçün əlçatan olması ilə də fərqlənir.

Yeni hazırlanan internet səhifələrinin domen ünvanları da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresləri ilə təmin edilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat 

 Nazirliyinin mətbuat xidməti  

Nəşr edilib : 19.02.2024 11:40