AZ EN RU

Dövlət qurumlarına aid informasiya resurslarının “GOV.AZ” zonasına köçürülməsi davam etdirilir

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada dövlət qurumlarına aid internet səhifələrinin yenilənməsi, E-GOV zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (nits.gov.az) informasiya resursu AzStateNet şəbəkəsinə köçürülüb.
Qeyd edək ki, müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanmış internet səhifəsinin təhlükəsizliyinin təmin edilməsi, axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndis-proqramçıları tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin ediləcəkdir. 

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 05.06.2023 18:43