AZ EN RU

“Dövlət qulluqçuları üçün vəzifə təlimatlarının hazırlanması qaydaları” mövzusunda seminar

    Seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli açaraq bildirib ki, vəzifə təlimatı kadrların idarə edilməsi sisteminin müxtəlif fəaliyyətlərində istifadə edilən vacib elementlərdən biridir. Konkret vəzifə üçün tərtib edilən vəzifə təlimatı müəyyən vəzifənin funksiyalarının təsvir edilməsidir. Hər bir dövlət qulluqçusu fəaliyyətini vəzifə təlimatlarının tələblərinə uyğun olaraq həyata keçirir. 
    Qeyd olunub ki, vəzifə təlimatları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu və “Naxçıvan Muxtar Respublikasının 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 yanvar tarixli qərarı əsasında tərtib edilir. Cari ilin aprel ayında həmin qərara bir sıra dəyişikliklər edilib. Bu qərara uyğun olaraq vəzifə təlimatları Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən qəbul edilir. Buna görə də vəzifə təlimatının tələb olunan qaydalara uyğun, düzgün şəkildə hazırlanması vacibdir. Bu gün keçirilən seminar da məhz bu məqsədə xidmət edir. 
    Sonra mərkəzin şöbə müdiri Samiq Salayev “Dövlət qulluqçuları üçün vəzifə təlimatlarının hazırlanması qaydaları” mövzusunda slayd vasitəsilə çıxış edib. 
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 08.06.2022 20:17