AZ EN RU

Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə ardıcıl işlər görülür. Bu istiqamətdə muxtar respublikanın turizm potensialının qiymətləndirilməsi və müxtəlif turizm növlərinin inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.  

 “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə heyətinin sədri Rüstəm Nəcəfovun rəhbərlik etdiyi 6 nəfərdən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Batabat yaylağına və Ağbulaq İstirahət Mərkəzinin ərazilərinə baxış keçirmişlər. Batabat gölləri ətrafında qiymətləndirmə işləri aparılmış, müxtəlif turizm növlərinin inkişaf imkanları dəyərləndirilmiş və yeni konsepsiyanın hazırlığına başlanılmışdır. Daha sonra nümayəndə heyəti Ağbulaq İstirahət Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur. Ağbulaq İstirahət Mərkəzinin rəhbərliyi ilə görüş zamanı mərkəzin işçilərinin “Şahdağ Turizm Mərkəzi”    QSC-də təcrübə keçmələri üçün razılıq əldə olunmuş, istirahət mərkəzinin səmərəli fəaliyyəti üçün ekspertlər tərəfindən tövsiyələr verilmişdir. Eyni zamanda qarşılıqlı turist cəlbediciliyinin artırılması, ikitərəfli münasibətlərin inkişafı, maraq doğuran layihələrin və yeni turizm fəaliyyətlərinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin, ölkəmizin turizm sənayesinin inkişafında xizək mərkəzlərinin əhəmiyyəti, qarşılıqlı kommunikasiya əlaqələrinin genişləndirilməsi və birgə iş birliyinin yaradılması məsələləri müzakirə olunmuşdur.

                                 Naxçıvan Muxtar Respublikasının

 Turizm Departamenti

Nəşr edilib : 26.10.2023 11:27