AZ EN RU

Dövlət Komitəsinin sədri Beynəlxalq Bəhai İcmasının BMT-dəki baş nümayəndəsi ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Beynəlxalq Bəhai İcmasının BMT-dəki Baş nümayəndəsi Bani Duqal ilə görüşüb.

Bu barədə Komitədən məlumat verilib.

Bildirilib ki, Ramin Məmmədov Prezident İlham Əliyev tərəfindən ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsinin daim diqqətdə saxlanıldığını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı, dini-mədəni müxtəlifliyin qorunması, eləcə də sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur.

Beynəlxalq Bəhai İcmasının BMT-dəki Baş nümayəndəsi Bani Duqal Azərbaycanda dini konfessiyaların, o cümlədən bəhai icmaları üzvlərinin fəaliyyətinə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, həmçinin, ölkəmizin dinlərarası harmoniyanın inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmi xüsusi vurğulayıb.

Qeyd edək ki, görüşdə COP29-a hazırlıq proseslərinə məsul BMT nümayəndəsi Daniel Perell, Beynəlxalq Bəhai İcmasının BMT nümayəndəliyinin əməkdaşı Şane Tecarati və Azərbaycan Bəhailəri Dini Mərkəzinin nümayəndələri Ramazan Əsgərli və Azər Cəfərov iştirak ediblər.

Nəşr edilib : 10.06.2024 17:53