AZ EN RU

Dövlət Komitəsinin sədr müavini telekanalları tənqid edib

Televiziyalardakı bəzi verilişlər məişətimiz üçün zərərlidir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, reytinq qazanmaq və aşağı təbəqədən olan insanların baxışını gücləndirmək üçün belə proqramlar efirə verirlər:

"Bəs bunun qarşısını necə alaq? Bu məsələni ciddi müzakirə obyektinə çevirmək lazımdır. Televiziya rəhbərləri səviyyəsində dəyirmi masa təşkil etmək yaxşı olardı. Onlara sözümüzü deməyin vaxtı çatıb. Siz reytinq toplayırsınız, amma bir ailə mövzusunu televiziyaya çıxarmaq və biabırçı şəkildə cəmiyyətə təqdim etməklə pisliyin təbliği kimi proses gedir".

Nəşr edilib : 20.05.2024 17:00