AZ EN RU

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının tarixləri açıqlanıb

Azərbaycan Respublikasının  Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.

Dövlət İmtahan Mərkəzi tərəfindən 
müəyyən olunan qrafikə əsasən Naxçıvan Muxtar Respublikasında  tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 10 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 21 aprel 2024-cü il tarixlərində keçiriləcək. 

Qeyd edək ki,  İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl Dövlət İmtahan Mərkəzinin  saytında yerləşdiriləcək.

Nəşr edilib : 02.02.2024 10:55