AZ EN RU

“Dövlət gənclər siyasəti: Heydər Əliyev və müasir gənclik” mövzusunda tədbir olub

    Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilmişdir. Bu münasibətlə avqustun 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Gənclər Mərkəzində keçirilmiş tədbirdə Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov və Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov giriş sözü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətindən, gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakının yüksək səviyyədə təmin edilməsi sahəsində həyata keçirilmiş tədbirlərdən danışıblar.
    Sonra Müvəkkil aparatının əməkdaşı Türkan Gülməmmədlinin “Azərbaycan gənclərinin himayədarı – Ulu Öndər Heydər Əliyev”, Gənclər Fondunun əməkdaşı Tural Məmmədzadənin “Heydər Əliyevin gənclər siyasətində dünyəvilik və mənəvi dəyərlərin qorunması”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Əli Bayramlının “Həssas qrupdan olan gənclərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərin təhlili”, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudovun “Muxtar respublikada dövlət gənclər siyasəti: görülən işlər və perspektivlər” mövzularında çıxışları dinlənilib.
    Sonda videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan 
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
 mətbuat xidməti

Nəşr edilib : 11.08.2023 19:40