AZ EN RU

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib

Dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı iyunun 9-da keçiriləcək. Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı iyunun 10-da, danışıq bloku imtahanı isə iyunun 11-14-də təşkil olunacaq.

Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi iyunun 23-də keçiriləcək.

Mərkəz iştirakçıların diqqətinə çatdırır ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim ediləcək.

Nəşr edilib : 27.02.2024 16:45