AZ EN RU

Doktorantın elmi məqaləsi Crosseft indeksli jurnalda nəşr olunub

    “Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının doktorantı Rifat Mahmudovun “Əhaliyə özəl müəssisələr ilə xidmətin təhlili (Analysis of services to the population by private enterprises)” adlı elmi məqaləsi Estoniya-Tailində dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan Crosseft indeksli “PIRECT” jurnalında dərc olunub. 
    Elmi məqalədə özəl müəssisələrin cəmiyyətin həyatında və iqtisadiyyatda tutduğu payı və rolu ətraflı şəkildə araşdırılıb, təhlil edilib. Adıçəkilən məqalə bu il üçün xaricdə ilk dəfə dərc olunan məqalələr sırasındadır.
    Rifat Mahmudovun bu günədək işıq üzü görmüş 7-yə yaxın məqaləsi 4-ü xaricdə nüfuzlu jurnallarda və beynəlxalq konfranslarda çap edilib. Onu da bildirək ki, Rifat Mahmudov həm də 2 kitabın (“Makroiqtisadiyyat” və “Hər kəs üçün iqtisadiyyat”) həmmüəllifi,       1 fənn proqramının isə müəllifidir.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 12.05.2022 19:27