AZ EN RU

Doktorant və dissertantlar attestasiyadan keçirilib

    AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətində keçirilən növbəti iclası bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
    AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin mütəxəssisi Gülvira Abbasova iclasda bölmənin attestasiyadan keçirilən, həmçinin təhsil müddətini bitirərək azad olunan doktorant və dissertantlar haqqında məlumat verib. Bildirilib ki, cari ildə AMEA Naxçıvan Bölməsində 9 doktorant və 30 dissertant tədqiqatını davam etdirir, fəlsəfə doktoru hazırlığı üzrə 12 dissertant, elmlər doktoru hazırlığı üzrə 4 doktorant və 1 dissertant isə artıq təhsil müddətini başa vurub. Hazırda təhsil alan doktorant və dissertantlar Vətən tarixi, arxeologiya, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, folklorşünaslıq, müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik, botanika, bioloji ehtiyatlar, fiziki kimya, qeyri-üzvi kimya, yarımkeçiricilər fizikası, astrofizika və ulduz astronomiyası, geofizika faydalı qazıntıların geofiziki axtarış üsulları və digər ixtisaslar üzrə tədqiqatları davam etdirirlər.
    Sonra elmlər doktorluğu və fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün tədqiqat aparan, eləcə də təhsilini başa vuran doktorant və dissertantların apardıqları araşdırmaların icra vəziyyəti müzakirə olunub.
    İclasda digər cari məsələlər də müzakirə edilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 18.01.2022 19:33