AZ EN RU

Direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

Muxtar respublikada ilk dəfə olaraq yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə müsabiqə keçirilmişdir.

Müsabiqədə iştirak edən 97 namizəddən 67-si sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.

Müsahibə mərhələsində isə 27 namizəd müvafiq keçid balını toplayaraq müvafiq vəzifələrə qəbul olunmuşdur.

Müsabiqədə uğur qazanan namizədləri təbrik edirik!

Namizədlər müsabiqə nəticələri ilə bağlı məlumatı https://bitly.ws/3hcLB linkindən öyrənə bilərlər.

Nəşr edilib : 01.04.2024 22:40