AZ EN RU

Diplomat, dilçi, tərcüməçi, türkoloq – Əsgər Rəsulov

Qədim mədəniyyət mərkəzi kimi 5000 ilən artıq yaşı olan tarixlər şahidi Naxçıvan torpağı görkəmli elm, sənət və ədəbiyyat adamları, ictimai xadim və dövlət xadimləri yetirmişdir. Belə görkəmli şəxsiyyətlərdən biri də 100 illiyini qeyd etdiyimiz muxtar respublikanın layiqli övladı Əsgər Rəsulovdur.

Onu da qeyd edim ki, Əsgər müəllim mənim uşaqlıq dostumdur, bir məhəllədə böyümüşük. Onun keşməkeşli və şərəfli ömür yolu gözlərimin önündədir. Bu şərəfli həyat kitabının səhifələrində nə qədər ağrılı-acılı xatirələr qalıb. Mənim əziz dostum həyatın enişli-yoxuşlu, daşlı-kəsəkli, çətin yollarını səbrli addımlarla keçib, əzmi, iradəsi ilə  tufanlara sinə gərib, öz zəhməti, əməyi, qabiliyyəti, bir də Allahın lütfü ilə həyatda  öz arzularına qovuşub, xəyalları gerçək olub. Əsgər Vətənə layiqli övlad olub, onun şanlı əsgəri olub.

Görkəmli şərqşünas, Türkologiya elminə töhfələr vermiş, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Əs­gər Adil oğlu Rə­su­lov 1954-cü il­də - Novruz bayramı ayında, mart ayında Naxçı­van şə­hə­rin­də ana­dan ol­muş­dur. 1960-1970-ci il­lər­­də Naxçıvan şə­hə­rin­də o zamankı Ək­bər Ağa­yev adı­na 1 nömrə­li or­ta in­ter­nat mək­təb­də oxu­muş­dur. 1971-ci il­də Azər­bay­can Dövlət Uni­ver­si­te­ti­nin (in­di­ki BDU) Şərqşü­naslıq fakül­tə­si­nə da­xil ol­muş­, hə­min fakül­tə­ni 1976-cı il­də fərq­lən­mə dip­lo­mu ilə bi­tir­miş­dir. Gənc Əsgəri savadlı, perspektivli, qabiliyyətli bir məzun kimi universitetdə saxladılar və diplomatik kanallarla Türkiyə Cümhuriyyətində işə göndərdilər. Belə ki,o, 1976-1979-cu il­lər­də SSRİ Xa­ri­ci İqti­sa­di Əla­qə­lər Ko­mi­tə­si xət­ti ilə Türki­yə Res­pub­li­kasın­da tərcü­mə­çi iş­lə­miş­dir. Vətənə döndükdən sonra Azər­bay­can Dövlət Uni­ver­si­te­ti­nin (in­di­ki BDU) Şərqşü­naslıq fakül­tə­sin­də pedaqoji sahədə fəa­liy­yə­tini davam etdirmişdir. Diplomatiya sahəsində özünü tam şəkildə doğruldan Əsgər müəllim bir neçə ildən sonra yenidən qardaş Türkiyəyə göndərilmişdir. Bu istedadlı gənc, təcrübəli diplomat kimi SSRİ-nin An­ka­ra­dakı sə­fir­li­yin­də mütər­cim-re­fe­rent iş­lə­miş­dir. Ankarada fəaliyyət göstərərkən Əsgər müəllim Türkiyə elm və sənət adamları ilə sıx ünsiyyət yaratmış, ədəbi-mədəni əlaqələrin genişlənməsinə yaxından kömək göstərmişdir.

O, 1983-cü il­də “Türk ədə­biy­yatın­da oçerk janrı” mövzu­sun­da dissertasiya müda­fiə edib fi­lo­lo­gi­ya elm­lə­ri na­mi­zə­di (fəlsəfə doktoru), 2005-ci il­də isə “Türk ədə­biy­yatın­da bə­dii-pub­li­sis­tik janr­ların ya­ran­ması və in­ki­şaf yol­ları” mövzu­sun­da fi­lo­lo­gi­ya üzrə elm­lər dok­to­ru dis­ser­ta­si­yası müda­fiə edib fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru el­mi də­rə­cə­si almışdır. İşıqlı şəxsiyyət olan Əs­gər Rə­su­lo­vun el­mi ya­radıcılığı çox­şa­xə­li­dir. Bir məhsuldar və zəhmətkeş alim kimi onun dil­çi­lik­lə bağlı bir çox əsər­lə­ri nəşr olun­muş­dur. Zəhmətkeş alim və pedaqoq olan Ə.Rəsulov tədris fəa­liy­yə­ti dövründə fakül­tə­də təd­ris edi­lən türk di­li fən­ni üzrə dərs­li­yin yox­lu­ğu prob­le­mi­nin ara­dan qaldırıl­masın­da iş­ti­rak et­miş­dir. Bu prob­le­mi ilk də­fə Əs­gər Rə­su­lo­vun  yazdığı “Türk di­li”  dərs­li­yi (1989) ara­dan qaldırdı, tə­lə­bə və müəl­lim­lər, elə­cə də di­gər ma­raq­la­nan­lar arasın­da tez­lik­lə yayıldığı­na görə dərs­li­yin ikin­ci nəş­ri 1991-ci ildə işıq üzü gördü. 2007-ci il­də hə­min ki­tabın ye­ni­dən iş­lən­miş və tək­mil­ləş­di­ril­miş 308 sə­hi­fə­lik üçüncü nəşri çap edil­miş­dir. Hə­min dərs­lik 2012 və 2017- ci il­də ye­ni­dən nəşr olun­muş­dur. Ali­min türk dil­çi­li­yi sa­hə­sin­də mühüm xid­mət­lə­rin­dən bi­ri də ölkə­miz­də ilk də­fə ola­raq rus bölməsi tələbələri və ümumiyyətlə rusdilli auditoriya üçün  nəşr et­dir­di­yi “Sov­re­mennıy tu­rets­kiy yazık” (2016, 408 səh.) ki­tabı ilə bağlıdır. Bu­ra­da türk di­li­nin fo­ne­ti­ka, lek­si­ko­lo­gi­ya, mor­fo­lo­gi­ya və sin­tak­si­si bütün pa­ra­metr­lə­ri ilə nə­zə­ri cə­hət­dən araşdırılmış, həmin kitab tə­lə­bə, ma­gist­rant, dok­to­rant və müəl­lim­lə­rin stolüstü və­sai­ti­nə çev­ril­miş­dir. 

Azərbaycan lüğətçiliyinin inkişafı  sahəsində də alimin böyük əməyi vardır. Belə ki bu məhsuldar alimin Azər­bay­can di­lin­də lek­si­koq­ra­fi­ya ilə bağlı bir sıra lüğət­lə­ri nəşr olun­muş­dur. Onun “Türkcə-azər­bay­can­ca-rus­ca dil­çi­lik ter­min­lə­ri lüğə­ti” (1988), “Türkcə-azər­bay­can­ca-rus­ca; Azər­bay­can­ca-rus­ca-türkcə; Rus­ca-türkcə-azər­bay­can­ca dil­çi­lik ter­min­lə­ri lüğə­ti” (R.Rüstə­mov və C.Rüstə­mo­va ilə şə­rik­li, 2007) və “İzahlı türkcə-azər­bay­can­ca ya­lançı ek­vi­va­lent­lər lüğə­ti” (2015) nəşr olun­muş­dur. Bu lüğət­lər türko­loq­lar və müa­sir türk di­li mütə­xəs­sis­lə­ri üçün böyük əmə­li əhə­miy­yət kəsb edir.

Ali­min ya­radıcılığın­ın əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri­ni də tərcü­mə­çi­lik fəa­liy­yə­ti təş­kil edir. Bir təcrübəli elm adamı kimi Əsgər Rəsulovun tərcümə nəziyyəsinin elmi əsaslarının öyrənilməsi və tədqiqində danılmaz xidmətləri vardır. Bir peşə kimi bu işlə məşğul olan Əsgər müəllim sinxron tərcüməçiliyin inkişafına böyük əmək sərf etmişdir. Elə buna görə də  onun qələmə aldığı “Tərcü­mə nə­zə­riy­yə­si müstə­vi­sin­də Türki­yə türkcə­si və Azər­bay­can di­li” (2007), “Tərcü­mə nə­zə­riy­yə­si və təcrü­bə­si” (2015) “İzahlı türk­cə-azər­bay­can­ca ya­lançı ek­vi­va­lent­lər lüğə­ti” (2015), “Сов­ре­мен­­ный тур­ец­кий язык” (2016) adlı ki­tab­ların­da tərcü­mə nə­zə­riy­yə­si­nin prob­lem­lə­ri, tərcü­mə üsul­ları və lek­si­koq­ra­fi­ya ilə bağ­lı nə­zə­ri və prak­tik prob­lem­lər öz elmi həl­li­ni tapmış və bu kitablar tərcümə sənəti sahiblərinin, tədqiqatçıların tez-tez müraciət etdiyi elmi mənbə rolunu oynamaqdadır.

Əsgər müəllim bir çox əsər­lə­ri türk di­li­nə və Azər­bay­can di­li­nə tərcü­mə et­miş­dir. Türk di­lin­dən Azər­bay­can di­li­nə et­di­yi tərcü­mə­lər də­qiq­li­yi və el­mi­li­yi ilə se­çi­lir. Əsgər müəllim təcrübəli tərcüməçi kimi bir çox ki­tab­ları türk di­li­nə tərcü­mə et­miş­dir. Akademik Zemfira Sə­fə­ro­vanın “Üze­yir Hacı­bə­yov” (1985), akademik Rəfail Hüsey­no­vun “Məh­sə­ti Gən­cə­vi” ki­tabını Türki­yə türkcə­si­nə tərcü­mə et­miş­dir (2013). Əsgər Rəsulovun çağdaş türk ədəbiyyatının Azərbaycanda təbliği işində böyük əməyi vardır. Əsgər müəllim tərəfindən Nəcib Fazıl Qısakü­rə­yin “Se­çil­miş əsər­lə­ri” (2011), İsgəndər Pa­lanın “Şah və Sul­tan” (2012), “Od” (2012), Əlif Şə­fə­qin “Eşq” (2012), “Qa­ra süd” (2014), “Us­tam və mən” (2018), A.Ümi­tin “İstan­bul xa­ti­rə­si” (2013) ro­man­ları, Z.Şa­ki­rin “Həz­rət Əli. Hə­yatı, nə­si­hət­lə­ri, döyüşlə­ri” (2013) və s ki­tab­ları da tərcü­mə edilib ölkəməzdə nəşr olunmuşdur.

Əsgər müəllim el­mi və ic­ti­mai fəa­liy­yə­ti ilə ya­naşı, bə­dii ya­radıcılıq­la məş­ğul ol­muş­dur. Onun “Dil­manc (şe­ir­lər və poe­ma­lar)” (2006) ki­tabı nəşr olun­muş­dur. Ömrünü gənc nəslin tərbiyəsinə həsr etmiş Əsgər Rəsulov  1981-2012-ci il­lər­də Ərəb di­li və Yaxın Şərq dil­lə­ri (1991-ci il­dən Türk fi­lo­lo­gi­yası) ka­fed­ra­ların­da müəl­lim, baş müəl­lim, do­sent və pro­fes­sor və­zi­fə­sin­də çalış­mış­dır. Ə.Rə­su­lov 13-ə yaxın ki­tabın, 17 fənn proq­ramının, Azər­bay­can­da və xa­ric­də nəşr edil­miş 230-dan artıq el­mi və ədə­bi-tən­qi­di mə­qa­lə­nin müəl­li­fi­dir. O, 30-a yaxın ki­tabın ix­ti­sas və tərcü­mə re­dak­to­ru ol­muş­dur. Bir çox bey­nəl­xalq se­mi­nar, sim­po­zi­um və konf­rans­lar­da iş­ti­rak et­miş­dir. Sə­mə­rə­li el­mi-pe­da­qo­ji fəa­liy­yə­ti­nə görə 2009-cu il­də Azər­bay­can Res­pub­li­kası Təh­sil na­zir­li­yi­nin “Qa­baqcıl təh­sil iş­çi­si” döş ni­şanı ilə təl­tif edil­miş­dir. 2005-ci il­dən Azər­bay­can Yazıçı­lar Bir­li­yi­nin üzvüdür. AMEA Ni­za­mi Gən­cə­vi adı­na Ədə­biy­yat İnsti­tu­tu nəz­din­də fəa­liy­yət göstə­rən Dis­ser­ta­si­ya Şu­rasının üzvü, Fi­lo­lo­gi­ya Prob­lem­lə­ri üzrə El­mi Şu­ra səd­ri­nin müa­vi­ni ol­muş­dur. Tarixi yaddaşımızın keşiyində duran böyük ziyalı, dəyərli insan, təcrübəli pedaqoq, tanınmış türkoloq və işgüzar təşkilatçı Əsgər Rəsulov müasir Azərbaycanda arxiv işinin elmi əsaslarla inkişafına öz töhfələrini verən şəxsiyyətlərdəndir.

Əsgər müəllimin şəxsiyyətinə, elminə, təşkilatçılığına, əqidəsinə böyük etimad göstərilərək dövlətçilik tariximizin və mədəni irsimizin göz bəbəyi kimi qorunduğu mühüm dövlət orqanı olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə rəhbər təyin edilib. Əsgər müəllim Milli Arxiv İdarəsinə rəhbərliyə başladığı ilk dövrlərdən mədəniyyət sərvətlərinin toplanılması, mühafizəsi, onlardan səmərəli istifadə olunması, habelə arxivlərin yeni dövrün çağırışlarına uyğun  modernləşdirilməsi, arxivçi əməyinin nüfuzunun artırılması istiqamətində gördüyü işlər, hazırladığı layihələr bu gün real nəticələr verməkdədir.  Əsgər müəllim ölkəmizdə arxiv işinin məzmununun beynəlxalq təcrübəyə uyğun yenidən qurulmasına başlayıb. Qısa müddətdə dövlət arxivlərimizdə mühafizə olunan arxiv fondlarının məzmunu və tərkibi barədə məlumatların onlayn əldə edilməsi üçün elektron platformanın yaradılmasına nail olub. Onun  təşəbbüsü ilə arxivçi kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yerli və beynəlxalq səviyyəli təlimlərə cəlb  edilməklə ixtisaslarının artırılması istiqamətində səmərəli nəticələr əldə olunub. Əsgər Rəsulov öz vəzifəsini layiqincə yerinə yetirdiyindən, peşəsinə ürək yandırdığından və ən əsası, vicdanla bu xalqa, dövlətə xidmət etdiyindən peşəsinin simasına çevrilib. Bu günlərdə  daha bir sevindirici xəbər gəldi. O, ölkə prezidentinin Sərəncamı ilə arxiv işi sahəsindəki  səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Bu Sərəncam Əsgər müəllimin əməyinə, dövlət qarşısında xidmətlərinə verilən ən layiqli qiymətdir.

Naxçıvan Muxtar Respublikasının yetirməsi, işıqlı insan, görkəmli alim və təşkilatçı Əsgər Rəsulov bu günlərdə ömrünün 70-ci baharını yaşayır. Bu münasibətlə Azərbaycan elm və mədəniyyətinin tanınmış xadimi, görkəmli şərqşünas, bu torpağa başucalığı gətirən  Əsgər Rəsulovu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü,

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru

Nəşr edilib : 04.03.2024 11:10