AZ EN RU

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstana səfəri çərçivəsində iyunun 12-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.

R.Məmmədov, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəmanların xatirəsini anıb, abidə önünə əklil qoyub.

Nəşr edilib : 12.06.2024 12:45