AZ EN RU

DİN: Son iki gündə 87 cinayətin üstünün açılması təmin olunub

Iyunun 22 və 23-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gülər ərzindən narkotiklərlə əlaqədar 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Nəşr edilib : 24.06.2024 10:27