AZ EN RU

DİN: Son iki gündə 216 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

İyunun 29-da və 30-da polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 216 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Narkotik vasitələr – 210,1 kiloqramdan çox marixuana, 2,5 kiloqramdan artıq heroin, 1,6 kiloqramdan çox metamfetamin, 1,8 kiloqrama yaxın həşiş, həmçinin 1365 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 474 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Nəşr edilib : 01.07.2024 11:04