AZ EN RU

DİN: Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Martın 19-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 10 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Nəşr edilib : 20.03.2024 11:11