AZ EN RU

DİN polis əməkdaşlarına zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verib

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən polis əməkdaşlarına zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

“Polis gücləndirilmiş iş rejiminə keçib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir” – deyə məlumatda qeyd olunub.

Nəşr edilib : 07.12.2023 10:14