AZ EN RU

DİN: Ötən iki gün ərzində 49 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 8-də və 9-da ümumi çəkisi 49,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitələr 2,5 kiloqramdan çox heroin, 45,8 kiloqrama yaxın marixuana, 75 qram tiryək, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 60 metadon həbi və 23 kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Nəşr edilib : 10.06.2024 11:36