AZ EN RU

DİN: Ötən gün 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

İyulun 18-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 102 çətənə kolu aşkarlanaraq götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Nəşr edilib : 19.07.2024 11:31