AZ EN RU

DİN maarifləndirici aksiya keçirib

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin və Babək RPİ-nin Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən Babək şəhərində “Yol hərəkəti qaydaları və Mən” adlı maarifləndirici aksiya keçirilib. 

Tədbirdə sürücü, piyada və uşaqlara təhlükəsiz davranış vərdişləri barədə ətraflı məlumat verilib. 

Maarifləndirici aksiyanın keçirilməsində başlıca məqsəd yol hərəkəti iştirakçılarının təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etmək olub.

Nəşr edilib : 14.06.2024 15:53