AZ EN RU

DİN kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev kiberonlayn talamalarla bağlı vətəndaşlara müraciət edib.

"Kimsə sizə “bank kartınızı göndərin, yardım edəcəm” - desə, göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin, beh verim” - desə, göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə, etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə, qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!"

Nəşr edilib : 25.11.2023 12:35