AZ EN RU

DİN: İyunun 19-da 1 avtomat silah və 5 tüfəng təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 2 ədəd patron təhvil götürüblər.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 tüfəng aşkarlanaraq götürülüb.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davam edir.

Nəşr edilib : 20.06.2024 10:18