AZ EN RU

DİN: İyunun 11-də 2 avtomat silahı, 1 tapança və 3 tüfəng təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 11-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 patron darağı təhvil götürüblər.

İyunun 11-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 patron götürülüb.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davam edir.

Nəşr edilib : 12.06.2024 10:49