AZ EN RU

DİN işğaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) azad olunan bölgələrdə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş edirik ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in 102 Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər.

Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.

"Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq", - deyə məlumatda vurğulanıb.

Nəşr edilib : 22.05.2024 13:52